"Bakı 2015" I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi milli valyutaya tələbin artması baxımdan müsbət hadisədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, sözügedən Oyunların Azərbaycanda keçirilməsi manata tələbin artmasına eləcə də xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq.İqtisadçi ekspertin sözlərinə görə, I Avropa Oyunları zamanı ölkəmizə bütövlükdə 100 mindən artıq əcnəbinin gələcəyi gözlənilir: "Beynəlxalq standartlara görə, hər bir turistin Azərbaycanda olduğu hər həftədə 1000 dollar xərclədiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə orta hesabla ölkənin valyuta bazarına 200 milyon dollar əlavə vəsait daxil olacaq. Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Aprelin ayının ikinci yarısından başlayaraq xarici valyutalara tələbin azaldığını nəzərə aldıqda Mərkəzi Bank iyun üçün pronoqzlaşdırılan intervensiya xərclərinin bir hissəsinin turistlərin xərcləmələri hesabına qapaya bilər. Qlobal və regional iqtisadiyyatda baş verənlər fonunda xarici valyuta təklifinin artması olduqca vacibdir. Artıq Bakıda turistlərin sayında artımlar müşahidə edilməkdir. Bizim apardığımız monitorinqlər göstərir ki, manata tələbatın artması və valyuta dəyişmə məntəqələrində daha çox dollar və avro təklif edilməsi müşahidə edilməkdədir. Bu isə Mərkəzi Bankı intervensiya xərcinin azaldılması baxımından əhəmiyyətlidir. Nəticədə, dövlət rezervlərinin milli valyutaının stabilliyini qorumaq üçün xərclənməsi səviyyəsi azalacaq. Bu isə dövlət ehtiyatlarının artmasına zəmin yaradacaq".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...