PDF Oxu

İqtisadiyyat

  • 9

Azərbaycan - Rusiya sərhədində tikilən körpüdən gün ərzində 37 min avtomobil istifadə edə biləcək

Azərbaycan - Rusiya sərhədində tikilən körpüdən gün ərzində 37 min avtomobil istifadə edə biləcək

Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Federal Yol Agentliyində ("Rosavtodor") Rusiya-Azərbaycan sərhədində Samur çayı üzərindən körpü inşa edilməsi layihəsinin icrası məsələlərinə dair birgə işçi qrupunun iclası keçirilib.Tədbirdə nəqliyyat nazirinin müavini Musa Pənahovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti və "Rosavtodor"un rəhbəri Roman Starovoytun başçılığı ilə Rusiya nümayəndə heyəti, habelə gələcək sifarişçilərin – "Rosavtodor"un "Kaspi" İdarəsinin və "Azəryolservis" ASC-nin nümayəndələri iştirak ediblər.Rusiya ilə Azərbaycanın profil idarələrinin "yol xəritəsi"nin icrası çərçivəsində yeni körpünün inşasına hazırlıq ilə bağlı gördükləri iş haqqında hesabat iclasda əsas müzakirə mövzusu olub. "Kaspi" İdarəsinin rəisi Anatoli Volkov 2015-ci ilin əvvəlindən yerinə yetirilmiş və icra mərhələsində olan tədbirlər haqqında məlumat verərək deyib ki, iki ölkənin normativ bazaları arasındakı ziddiyyətlərin aradan qaldırılması üzrə işlər başa çatmaqdadır. Bundan əlavə, obyektin inşası üçün bağlı zonanın və ona giriş yollarının sərhədlərini müəyyən edən materiallar razılaşdırılması üçün RF İqtisadi İnkişaf Nazirliyinə göndərilib. Rusiya ilə Azərbaycanın nəqliyyat nazirlərinin Bakı görüşünün keçirilməsi üçün sənədlər iyunun 12-dək hazır olacaq.İşçi qrupunun iclası çərçivəsində körpünün buraxılış qabiliyyəti məsələləri nəzərdən keçirilib. Layihəçilərin sözlərinə görə, bu qurğudan gün ərzində hər iki tərəfdən təqribən 37 min avtomobil istifadə edə biləcək. Körpü sərhəd və gömrük nəzarəti zonasına aid olmadığı üçün buraya giriş-çıxışda nəqliyyat tıxaclarının yaranması riski yoxdur. Bundan əlavə, obyekt işə salındıqdan sonra tərəflər sərhəddəki mövcud körpünü yenidən qurmağı planlaşdırırlar.

AZƏRTAC

Digər xəbərlər