PDF Oxu

İqtisadiyyat

  • 11

Mərkəzi Bankda seminar keçirilib

Mərkəzi Bankda seminar keçirilib

Mərkəzi Bank və "Deloitte" şirkətinin birgə təşkilatçılığı ilə 21-22 may 2015-ci il tarixlərində Əməliyyat riskinin idarə edilməsi mövzusunda seminar keçirilib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, seminarın keçirilməsində məqsəd bank ictimaiyyətininin əməliyyat riskinin idarə edilməsi ilə bağlı beynəlxalq təcrübə və alətlər barədə məlumatlandırılması, praktiki məsələlər üzrə təcrübə mübadiləsinin aparılması, habelə yaranan sualların müzakirəsi olub.Seminarda əməliyyat risklərinin ölçülməsi, daxili və xarici itki hadisələrini şərtləndirən səbəblərin müəyyən edilməsi, hesabatlıq və digər məsələlər əhatə edilib. Bundan əlavə, Azərbaycanda əməliyyat riskinin idarə edilməsi mədəniyyətinin gücləndirilməsi potensialı təhlil edilmiş, atılmalı növbəti addımlar barədə məlumat verilib.

sia.az

Digər xəbərlər