PDF Oxu

İqtisadiyyat

  • 12

“Neft Daşları”nda tikinti davam edir

“Neft Daşları”nda tikinti davam edir

"Neft Daşları"nda İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisi üzrə işlər "Neftqaztikinti" tresti tərəfindən uğurla davam etdirilir. SOCAR-danSİA-ya verilən xəbərə görə, inşaat işləri "Neft Daşları" NQÇİ-nin köhnəlmiş İriləşdirilmiş Seperasiya Qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə həyata keçirilir. Obyekt kompleks xarakterli olub, 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularından ibarətdir.Layihə çərçivəsində indiyədək hidrotexniki hissələri 1479 kvadrat metr təşkil edən 1A saylı və 767 kvadrat metr olan 2A saylı İriləşdirilmiş Separasiya Qurğuları tikilmiş, texnoloji avadanlıqlar quraşdırılaraq istismara hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə, Mərkəzi Neftyığma Məntəqəsində də inşaat işləri demək olar ki, başa çatdırılmış, texnoloji avadanlıqların bir hissəsi quraşdırılmışdır. Hazırda avadanlıqların əlaqələndirilməsi işləri həyata keçirilir. Mərkəzi Neftyığma Məntəqəsi ilə Əmtəə Çənləri Parkı arasında 5500 metr uzunluğunda 200 mm-lik estakada boyu lay suyu xətti çəkilmişdir. Mərkəzi Neftyığma Məntəqəsindən 1 saylı sexə, habelə 99, 1955 və 2164 saylı meydançalararası estakada boyunca uzanan 5900 metr uzunluğunda yüksək təzyiqli lay suyu xəttinin quraşdırılması nəzərdə tutulur.

sia.az

Digər xəbərlər