Dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində əsaslı təmir işləri "Bakı-2015" birinci Avropa Oyunlarından sonra başa çatacaq.Bu barədə AZƏRTAC-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.O bildirib ki, 63 kilometr uzunluğunda dəmir yolunun 46 kilometrlik hissəsi əsaslı təmir olunub, qalan hissədə isə təmir işləri sürətli şəkildə davam etdirilir. Təmir işləri başa çatdıqdan sonra Bakı-Sumqayıt və əks istiqamətdə sərnişinlərə xidmət edəcək yeni KİSS markalı 5 ikimərtəbəli elektrik qatarının 2-si artıq gətirilib. Digər 3 elektrik qatarı ısə bu ilin sonuna kimi gətirilərək xəttə buraxılacaq.İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan KİSS markalı ikimərtəbəli elektrik qatarının ümumi sərnişin tutumu 919 nəfərdir. Bütün müasir tələblərə cavab verən yeni qatarlarda sərnişinlərin rahatlığı üçün həb bir şərait yaradılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...