Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,50 dollar ucuzlaşaraq 59,80 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barrelinin qiyməti 0,39 dollar azalaraq 65,17 dollar olub.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindənAZƏRTAC-a verilən məlumata görə, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 2,69 dollar bahalaşaraq 65,30 dollar təşkil edib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...