Dünya bazarında "qara qızıl"ın qiyməti tədricən düşməyə başlayıb
Neftin dünya bazarlarında qiyməti yenidən düşüb. Dünya bazarlarında ötən günlərdən etibarən başlayan neftin qiymətinin kəskin qalxması prosesi bu gün müşahidə olunmayıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.07 dollar (0.12%) azalaraq 60.13 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.17 dollar (0.26%) ucuzlaşaraq 64.71 dollar olub.
Qeyd edək ki, OPEC növbəti 10 ildə neftin qiymətinin 100 dollardan baha olmayacağını açıqlayıb. "The Wall Street Journal" ən optimist ssenariyə görə neftin qiymətinin 2025-ci ildə 75 dollar səviyyəsində proqnozlaşdırıldığını yazıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...