PDF Oxu

İqtisadiyyat

  • 12

Azərbaycan - Avsrtriya Biznes Forumu keçirilib

Azərbaycan - Avsrtriya Biznes Forumu keçirilib

Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan - Avsrtriya Biznes Forumu keçirilib. SİA-nın məlumatına görə, tədbirin açılış nitqi ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edib. O qeyd edib ki, iyunun 2-də Bakıda Avstriya – Azərbaycan hökumətlərarası komissiyaların iclası olub. Bu görüşlər ikitərəfli münasibətlərə müsbət təsir edir. Avstriyanın iri şirkətlərinin Azərbaycana investisiya qoyuluşuna maraq göstərməsi sevindirici haldır. Ölkəmizə həm texnologiya, həm elm, həm də sənaye sahəsində investisiya qoyulmasını arzu edirik.Daha sonra çıxış edən Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya üzrə müavini Bernadette Gerlinger Azərbaycanın iqtisadi potensialı haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanda Avropa Oyunlarının keçirilməsi, ölkənin turizmini də inkişaf etdirəcək.Tədbirin davamında Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədovun təqdimatı olub. Həmçinin Avstriya Federal Ticarət Palatasının MDB üzrə regional meneceri Maykl Angerer Avstriya şirkətlərini təqdim edib.

sia.az

Digər xəbərlər