PDF Oxu

İqtisadiyyat

  • 12

Bernadette Gerlinger: “Neft – kimya kompleksinin tikilməsini təklif edirik”

Bernadette Gerlinger: “Neft – kimya kompleksinin tikilməsini təklif edirik”

"Dünən Azərbaycan və Avstriya hökumətlərarası komissiyası iqtisadi potensial, ikitərəfli əlaqələr və gələcək əməkdaşlığı müzakirə ediblər. Beynəlxalq Valyuta Fondu Azərbaycan üçün ümumidaxili məhsulun artımını önümüzdəki il üçün 3 faiz proqnozlaşdırıb". SİA-nın məlumatına görə, bu sözləri Avstriyanın elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropaya inteqrasiya üzrə müavini Bernadette Gerlinger bu gün Azərbaycan – Avstriya biznes forumunda çıxışı zamanı deyib.O, avstriyalı işadamlarını Azərbaycana investisiya yatırmağa dəvət edib: "Azərbaycanla Avstriya arasında ixracın səviyyəsi artır. Azərbaycan qeyri – neft sektorunu uğurla inkişaf etdirir. Dünən Ağ Şəhərdə oldum. Burada yaradılmış şəraitlə yaxından tanış oldum. Qeyd etmək istəyirəm ki, bu kimi infrastrukturun qurulması, Avropa Oyunları kimi beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanda turizmi inkişaf etdirir. Avstriyalı işadamlarını Azərbaycanın turizminə investisiya yatırmağa çağırıram. Azərbaycandan Avstriyaya ixracın həcmi 37 faiz artıb. Bu artım neft məhsullarının ixracından əldə edilib. Azərbaycanla telekommunikasiya, kənd təsərrüfatı, turizm, suların təmizlənməsi, tullantıların emalı sahələrində əməkdaşlıq etmək istəyirik. Bundan başqa, tvininq layihələri və alternativ enerji layihələrində maraqlıyıq. Azərbaycanda neft – kimya kompleksinin tikilməsini də təklif edirik".

sia.az

Digər xəbərlər