"Cənub" qaz dəhlizi layihəsi ilə əlaqədar nəzərdə tutulan işlərin təxminən 31 faizi artıq tamamlanıb.
Bu barədə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, bu işlərə layihələndirmə, torpaqların alınması və digər işlər daxildir.
"Şahdəniz Mərhələ 2" və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri üzrə mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb. Artıq 12 min 500 nəfərədək işçi bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub", - deyə Q.Birrel qeyd edib.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...