PDF Oxu

İqtisadiyyat

  • 7

Lənkərana İtaliyadan yeni çəltik toxumları gətirilib

Lənkərana İtaliyadan yeni çəltik toxumları gətirilib

Cənub bölgəsində ənənəvi əkin növlərindən biri də çəltikçilikdir. Ötən il bölgədə ilk dəfə olaraq Lənkəranda toxum səpini əl əməyi olmadan həyata keçirillib. Bu, məhsuldarlığa da müsbət təsirini göstərib.

Cari il rayonda 150 hektardan artıq sahədə çəltik əkilib. Əkin üçün Türkiyə ilə yanaşı, ilk dəfə olaraq İtaliyadan da toxumlar gətirilib.

Rayonda çəltik əkini texnikanın köməyi ilə həyata keçirilir. Bu, işlərin müqayisə edilməz dərəcədə sürətlə getməsinə səbəb olub. Əgər əl əməyi ilə bir hektar ərazini 3-5 günə əkmək mümkündürsə, texnika ilə bu iş cəmi 10 dəqiqəyə görülür.

Çəltik sahəsində qurulan müasir su sitemi məhsuldarlığın yüksək olmasına hesablanıb. Belə ki, su sahə boyunca dövr edir və temperaturu nisbətən yüksəldir.

Qeyd edək ki, cənub bölgəsində çəltik biçini əsasən avqust ayının sonlarında aparılır.

sia.az

Digər xəbərlər