27 may – 1 iyun 2015-cı il tarixlərdə İran İslam Respublikasının Calus şəhərində Xəzəryanı ölkələrin gənclərinin 2-ci iclası keçirilib. SİA-nın məlumatına görəi, iclasda Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türmənistandan nümayəndələr iştirak ediblər. Tədbirdə Azərbaycanı Gənclər və İdman Nazirliyinin əməkdaşı Rəşad Musayev, Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Xədicə Damadayeva, "Bakı Gənclər Klubu" İctimai Birliyinin sədri Azər Cavadov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri Nurxan Babayev və Tural Əzizovdan ibarət nümayəndə heyəti təmsil ediblər.İclasa İran İslam Respublikasının QHT və Beynəlxalq Siyasət üzrə tədqiqatçısı Rohollah Modaberin açılış nitqi ilə start verilib. Daha sonra Rusiyanın Gənclər üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr departamentinin rəisi Olqa Evko 2014-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilib 1-ci iclasdan sonra görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb.İclasda çıxış edən nümayəndə heyətləri əsasən ölkələrarası gənclərin dostluq, qarşlıqlı əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri ətrafında öz təcrübələrini bölüşüblər. Plenar iclas zamanı Azərbaycan nümayəndə heyəti tərəfindən Azərbaycan gənclər siyasəti, gənclər üzrə görülən işlərdən, ölkənin uğurları haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. İclas zamanı Azərbaycanda gənclər və gənclər təşkilatları ilə iş istiqamətində görülən işlərlə bağlı keçirilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.İclasın sonuncu günü iclas iştirakçısı olan ölkə nümayəndələri arasında gələcəkdə görüləcək işlər və onların həyata keçirilməsi ilə baglı sənəd layihəsi üzərində fikir mübadiləsi aparılıb. Sənəd müvafiq ölkələrin aidiyyatı qurumları tərəfindən baxılması üçün nümayəndə heyətlərinin rəhbərlərinə təqdim olunub.Növbəti iclasın 2016-cı ildə Qazaxstan Respublikasında keçirilməsi planlaşdırılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...