PDF Oxu

İqtisadiyyat

  • 6

Naxçıvanda 983 ədəd POS-terminal quraşdırılıb

Naxçıvanda 983 ədəd POS-terminal quraşdırılıb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank sektoru təklif etdikləri bank məhsulları ilə vətəndaşların daha rahat və təhlükəsiz, müasir yaşam tərzinin formalaşmasına xidmət göstərirlər. Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin mətbuat xidmətindənSİA-ya verilən xəbərə görə, bu gün muxtar respublikanın bütün rayonlarında və Naxçıvan şəhərində quraşdırılmış bankomat və POS-terminal şəbəkəsi əhalinin rahatlığını təmin etməklə yanaşı, nağdsız ödəniş sahəsində iqtisadi mədəniyyətin formalaşmasına və ümumilikdə, iqtisadi artımın davamlı xarakter almasına öz töhfəsini verməkdədir.Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən indiyədək Naxçıvan şəhərində 479 ədəd, rayonlarda və kənd mərkəzlərində isə 504 ədəd olmaqla, ticarət və xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər iaşə obyektlərində ümumilikdə 983 ədəd POS-terminal quraşdırılıb.Hazırda muxtar respublikada ödəniş kartlarının sayı 212 min 214 ədədə çatdırılmışdır ki, bu da hər iki nəfərdən birinin ödəniş kartı ilə təmin edilməsi deməkdir.Quraşdırılmış bankomatların sayı isə 54-ü Naxçıvan şəhəri, 41-i isə rayon və iri kənd yaşayış mərkəzlərində olmaqla 95 ədəd təşkil edir.

Bundan əlavə, muxtar respublika ərazisində iki yeni quraşdırılmış Milli ÖN (milli ödəniş nöqtəsi) terminalı vasitəsilə də vətəndaşlara müasir bank xidmətləri göstərilir.Vətəndaşların kommunal xərclərinin ödənişlərinin rahat şəkildə təmin edilməsi məqsədilə 1 iyun 2015-ci il tarixə "Naxçıvanpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətində və digər kommunal ödəniş strukturlarında ümumilikdə 185 ədəd POS-terminal quraşdırılıb.Eyni zamanda kommunal xidmət haqlarının internet üzərindən elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi imkanları da yaradılmışdır. Nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə muxtar respublikada vətəndaşlara ödəniş kartları vasitəsilə vergi və rüsumları, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və yerli şöbələrinə sosial sığorta haqlarını nağdsız şəkildə, istər müvafiq idarələrdə quraşdırılmış POS-terminal, istərsə də internet portalları vasitəsilə ödəmə imkanları təqdim edilir. Eyni zamanda mobil və stasionar rabitə üzrə xərclər, qaz, enerji kimi kommunal xərclər internet üzərindən elektron şəkildə ödənilə bilər.Muxtar respublika ərazisində quraşdırılmış POS-terminalların sayında bugünədək müşahidə olunan yüksək artım tempi nağdsız ödəniş həcminə də təsirsiz ötüşmüyüb. Belə ki, 2015-ci ilin 1 iyun tarixinə muxtar respublika üzrə POS-terminal və internet üzərindən aparılmış nağdsız əməliyyatların həcmi 1 milyon 233 min 600 manat təşkil etmişdir. Halbuki bu göstərici 2014-cü ilin müvafiq dövründə 802 min 625 manat təşkil edirdi.

sia.az

Digər xəbərlər