Cari ilin yanvar-may aylarında Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələrində 23,7 milyon manat həcmində məhsul istehsal edilib.Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən bildirilib.Məlumata əsasən ötən ilin müvafiq ayları ilə müqayisədə dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 2,6 dəfə artım, geyim istehsalında 7,2 faiz, toxuculuq sənayesində isə 67, 8 faiz azalma müşahidə olunub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...