PDF Oxu

İqtisadiyyat

  • 11

Qazaxda 4 min 361 hektar taxıl sahəsində biçin aparılıb

Qazaxda 4 min 361 hektar taxıl sahəsində biçin aparılıb

Qazax rayonunda taxıl biçini davam edir. Torpaq sahibləri 6 min 75 hektar sahədə bol məhsul yetişdiriblər.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək 4 min 361 hektar sahədə biçin aparılıb. Taxıl biçilən sahələrdən 11 min 584 ton məhsul əldə edilib. Hər hektardan orta hesabla 26,5 sentner məhsul yığılıb.Hazırda zəmilərdə kifayət qədər kombayn və köməkçi texnika işləyir. Məhsulu vaxtında və itkisiz yığmaq üçün fermerlər bütün səylərini səfərbər ediblər.

AZƏRTAC

Digər xəbərlər