PDF Oxu

İqtisadiyyat

  • 12

Qəbələdə investisiya layihələrinin qəbulu başlayır

Qəbələdə investisiya layihələrinin qəbulu başlayır

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qəbələ rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq, tərəvəzçilik, taxılçılıq və balıqçılıq təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının, balın sənaye üsulu ilə emalı və qablaşdırılması, şirniyyat məhsullarının istehsalı və xalçaçılıq müəssisələrinin yaradılması nəzərdə tutulub.Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

AZƏRTAC

Digər xəbərlər