PDF Oxu

İqtisadiyyat

  • 19

Azərbaycanlı sahibkarlar Düşənbədə keçiriləcək "AGROFOOD TAJIKISTAN 2015" sərgisinə dəvət olunurlar

Azərbaycanlı sahibkarlar Düşənbədə keçiriləcək "AGROFOOD TAJIKISTAN 2015" sərgisinə dəvət olunurlar

Oktyabrın 14-də "Ekspo Mərkəzi Asiya" şirkətinin təşkilatçılığı ilə Tacikistanın paytaxtı Düşənbədə 3-cü beynəlxalq "AGROFOOD TAJIKISTAN 2015" sərgisi açılacaq.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sərgiyə 20-yə yaxın ölkədən, o cümlədən Tacikistan, Rusiya, Qazaxıstan, Azərbaycan, Belarus, Gürcüstan, Latviya, Türkiyə, İran, Hindistan, Ukrayna, İtaliya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Polşa, Fransa, Bolqarıstan və Koreyadan 100-dən çox iştirakçı qatılacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.Sərgi oktyabrın 16-dək davam edəcək.

AZƏRTAC

Digər xəbərlər