Bakı-Supsa neft boru kəməri üçün təhlükə yaranarsa Gürcüstan hökuməti yeni, alternativ layihə həyata keçirəcək.AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze "İctimai televiziya" kanalının efirində, birbaşa canlı yayımda deyib.K.Kaladze bildirib ki, Gürcüstanın işğal altında olan Sxinvali bölgəsindən keçən hissəsində işğalçı qüvvələr bir qədər də irəliləyərək Bakı-Supsa boru kəmərinə yaxınlaşıblar. Bu da müəyyən təhlükə yaradır. Əgər təhlükə reallaşarsa alternativ layihədən istifadə olunacaq. Alternativ variant dedikdə isə yeni 1500-1600 metrlik xəttin tikintisi nəzərdə tutulur.K.Kaladze bu məsələnin Baş nazir İrakli Qaribaşvili ilə də müzakirə olduğunu bildirib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...