PDF Oxu

İqtisadiyyat

  • 8

İnternet azadlığına görə Azərbaycan Mərkəzi Asiya və MDB ölkələri regionunda liderdir

İnternet azadlığına görə Azərbaycan Mərkəzi Asiya və MDB ölkələri regionunda liderdir

İlin əvvəlindən rabitə və yüksək texnologiyalar sahəsində inkişaf təmin edilib və bu sahədə bir sıra uğurlara imza atılıb. Bu sektorda gəlirlərin artımı 12 faiz təşkil edib ki, bu da müvafiq ümumdünya orta göstəricisindən təxminən 1,5 dəfə yüksəkdir.AZƏRTAC xəbər verir ki, bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Nazir Əli Abbasov deyib: "Telekommunikasiya sektorunda mobil rabitə xidmətləri göstərən üç operatorun ümumi gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 6 faiz artıb, bütün ölkə üzrə 3-cü, Bakı və Abşeron yarımadasında isə 4-cü nəsil texnologiyasının tətbiqi genişləndirilib. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, ölkəmiz ərazisinin 100 faizli 3-cü nəsil örtüyünə malik olan 40 ölkə sırasındadır. Hesabat dövründə stasionar rabitə xidmətlərinin genişləndirilməsi istiqamətində əsasən kəndlərdə optik rabitə infrastrukturunun inkişafına diqqət yetirilib. Son altı ayda 100-dən çox kəndin bu sistemə çıxışı təmin olunub və beləliklə Azərbaycan kəndlərinin 80 faizi müasir standartlara cavab verən, həmçinin genişzolaqlı xidmətlərə çıxışı olan stasionar telekommunikasiya şəbəkəsinə qoşulub".Qeyd olunub ki, hesabat dövründə, ümumiyyətlə, ölkə üzrə genişzolaqlı internet infrastrukturu, həm stasionar, həm də mobil internet xidmətlərinin göstərilməsi genişləndirilib. Bu gün ölkəmizdə internet istifadəçilərinin sıxlığı təxminən 75 faiz, genişzolaqlı internet istifadəçilərinin sıxlığı isə 65 faizdir. Əksər beynəlxalq təşkilatlar və özəl reytinq şirkətləri bu göstərici və internet azadlığına görə Azərbaycanı Mərkəzi Asiya və MDB ölkələri regionunda lider kimi qiymətləndirirlər.

AZƏRTAC

Digər xəbərlər