PDF Oxu

İqtisadiyyat

  • 13

Dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib

Dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib

Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin mədaxili proqnoza qarşı 101,2 faiz yerinə yetirilməklə 7 milyard 807 milyon manat vəsait təmin edilib.AZƏRTAC xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Nazir qeyd edib ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılan transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 4 milyard 246 milyon manat və yaxud proqnoza nisbətən 29,0 milyon manat (0,7 faiz) çox icra olunub.Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 100,2 faiz yerinə yetirilməklə büdcəyə 3 milyard 329 milyon manat vəsait təmin edib. Həmin vəsaitin 68,3 faizi və ya 2 milyard 275 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 11,4 faiz-bənd çoxdur.Proqnoza 100,3 faiz əməl edən Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 765,0 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz çox deməkdir.Dövlət Neft Fondundan büdcəyə 3 milyard 562 milyon manat vəsait transfert daxil olub.Sair daxilolmalar üzrə büdcəyə 152,0 milyon manat vəsait təmin edilib."Eyni zamanda, dövlət büdcəsinin gəlir və xərcləri arasında fərq 2014-cü ildə dövlət büdcəsinin icrası zamanı əldə edilmiş profisit hesabına maliyyələşib, 2015-ci il 1 yanvar vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 771,0 milyon manat bu məqsədə yönəldilib", - deyə nazir Samir Şərifov vurğulayıb.

AZƏRTAC

Digər xəbərlər