Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət subyektlərindən istehlakçılara 12,0 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çox əmtəə satılıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, satılmış istehlak mallarının 49,5%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,5%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,3 faiz bəndi artıb.Bu ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,1% artaraq 473,1 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 202,2 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 270,9 mln. manat təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...