Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,8% artaraq 454,8 manat təşkil edib. DövlətStatistika Komitəsindən SİA-ya verilən xəbərə görə, əməkhaqqı neft sektorunda 2047,5 manat, qeyri-neft sektorunda 415,5 manat, dövlət bölməsində 351,8 manat, özəl bölmədə 599,0 manat təşkil edib.Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...