PDF Oxu

İqtisadiyyat

  • 11

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kəndlərdə yaşayan qadınlara təlim keçəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kəndlərdə yaşayan qadınlara təlim keçəcək

Bu barədə müzakirə FAO-nun nümayəndələrinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə keçirdikləri görüşdə aparılıb.ASK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə FAO-nun "Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial–iqtisadi və gender məsələləri üzrə imkanlarının artırılmasına dəstək" layihəsinin aparıcı texniki əməkdaşı Hajnalka Petrics, layihənin Türkiyədən olan milli koordinatoru Senem Berber və ASK-ın məsul əməkdaşları iştirak ediblər.FAO-nun "Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial–iqtisadi və gender məsələləri üzrə imkanlarının artırılmasına dəstək" layihəsi ilə bağlı müzakirələr aparıldığı görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.Layihənin aparıcı texniki əməkdaşı Hajnalka Petrics bildirib ki, bu pilot layihədir və iki ölkə sakinləri üçün nəzərdə tutulub.Layihənin əsas məqsədi sosial–iqtisadi aspektlər üzrə təlim və məlumatlılıq səviyyəsinin artırılması, ölkə səviyyəsində kənd qadınları üçün təlim və məsləhət xidmətinin gücləndirilməsi yolu ilə Azərbaycan və Türkiyədə kəndlərdə yaşayan qadınların imkanlarının artırılmasından ibarətdir. O, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini dilə gətirib.Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti haqqında ətraflı məlumat verən Məmməd Musayev isə konfederasiyanın FAO ilə yaxından əməkdaşlıq etdiyini, bu yaxınlarda da birgə toplantı keçirdiklərini bildirib.ASK-ın tərkibində 14 komissiyanın fəaliyyət göstərdiyini deyən M.Musayev qonaqlara "Qadın sahibkarlığın inkişafı" komissiyasının fəaliyyəti ilə bağlı da ətraflı məlumat verib. O bildirib ki, ASK-ın tərkibində fəaliyyət göstərən "Qadın sahibkarlığın inkişafı" komissiyasının qadınların ictimai fəallığının yüksəldilməsi, iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində mühüm addımlar atır. M.Musayev qeyd edib ki, komissiya üzvlərinin Almaniya və Gürcüstana səfərləri zamanı xanım sahibkarlar sözügedən ölkələrdəki tərəfdaşları ilə birgə müxtəlif görüşlərdə iştirak edərək, gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.Görüşün sonunda gələcəkdə bu istiqamətdə birgə əməkdaşlıq edilməsi üçün razılığa gəlinib.

AZƏRTAC

Digər xəbərlər