Bu ilin iyun ayında ərzaq məhsullarının qiymətləri 2,7 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb. Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərində əvvəlki ayla müqayisədə 1,1 faiz ucuzlaşma qeydə alınıb.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və qoyun ətinin, balıq məhsullarının, günəbaxan yağının, şəkər tozunun, bananın, alçanın, gilasın, çiyələyin, xiyarın, pomidorun, göyərtinin, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın, kələmin, kökün, çuğundurun qiymətlərində ucuzlaşma olub.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...