Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib.Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bütün maliyyə mənbələrindən əsas kapitala 7,9 milyard manat vəsait yönəldilib. Onun 59,4 faizi daxili mənbələr hesabına təmin edilib.Sərf edilmiş sərmayələrin 64,3 faizi məhsul istehsalı, 35,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 faizini təşkil edib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...