Azərbaycan İstilik Elektrik Stansiyası (İES) üzrə bu ilin birinci yarısında enerji blokları və avadanlığın dayanıqlı və qənaətli iş rejimi təmin olunub, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı davam etdirilib.Azərenerji" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay 471,1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub. Bu ilin birinci yarısında isə stansiyada elektrik enerjisi üzrə istehsal 3 milyard 591,8 milyon kilovat-saat olub. Son üç ayda müəssisədə təmir-bərpa işləri aparılıb.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...