İyulun 21-də "AtaSığorta" ASC kütləvi informasiya vasitələrinin nümayəndələri üçün press-tur təşkil edib.AZƏRTAC xəbər verir ki, "AtaHolding" ASC-nin korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova və "AtaSığorta"nın marketinq və kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev şirkətin altı əy ərzində gördükləri işlər barədə məlumat verib. Bildirilib ki, "AtaHolding" və "AtaSığorta" sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində daim fəal iştirak edir, mədəniyyətin, incəsənətin, idmanın inkişafına, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş layihələri dəstəkləyir."AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü – 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...