Azərbaycanın mobil operatoru "Azercell Telekom" MM internet paketlərində əsaslı endirim tətbiq edir.Şirkətdən AZƏRTAC-a bildirilib ki, yeni tarif paketlərinə görə, SimSim abunəçiləri 50 meqabayt internet paketini 1 manata, 1geqabayt (GB) internet paketini isə 5 manata əldə edə bilər.İnternet paketini aktiv etmək üçün abunəçi müvafiq açar sözünü 2525-ə göndərməli və ya telefonun ekranında *100* internet paketin açar sözü# YES yığmalıdır.Qeyd edək ki, internet paketlərindən istifadə müddəti 30 gündür. Bu müddət bitdikdə internet paket avtomatik yenilənir. "Azercell"in bütün fakturalı xətt və "Tələbə1"liyi tarifinin abunəçilərinə isə İnternet paketləri əlavə 20 faiz endirimlə təklif olunur.Qeyd edək ki, irihəcmli paketlər 30 gündən əvvəl bitdikdə internetdən istifadə müddətinin sonunadək pulsuz olur və paketdən asılı olaraq əlavə trafikə fərqli sürət tətbiq olunur: 1 GB və 5 GB-lıq paketlərdə GPRS sürəti (64 Kbit/s-dək), 10 GB və Limitsiz paketlərdə isə EDGE sürəti (128 Kbit/s-dək).
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...