PDF Oxu

İqtisadiyyat

  • 19

Nicat Hacızadə: "Mərkəzi Bank təkliflər hazırlayır" AÇIQLAMA

Nicat Hacızadə: "Mərkəzi Bank təkliflər hazırlayır" AÇIQLAMA

"Ölkə prezidenti İpoteka Fonduna növbəti dəfə vəsaiti ayırdı. 2007 ci ildən bu ilin son rübünə qədər bu rəqəm 600 milyon manat idi". Bu sözləriSİA-ya açıqlamasında iqtisadçı ekspert Nicat Hacızadə deyib. O qeyd edib ki, ölkə başçısı tərəfindən əvvəllər də İpoteka Fonduna maliyyə ayrılmışdı. Lakin bu dəfə gənclərin evlə təminatı ilə bağlı ayrılan vəsaitin böyüklüyü bu sahəyə olan ciddi marağı nümayiş etdirir. Əsas məsələ isə ipoteka faizlərinin azaldılmasıdır: "Son ayrılan 200 milyon manat bu vaxta qədərki məbləğin 3-də bir hissəsini təşkil edir. Burdan belə məlum olur ki, hökumət bu məsələyə ciddi fikir verir. Təbii ki, Prezident bu gənclərin sosial rifahına diqqət göstərməkdədir. Ayrılan məbləğ gənclərin mənzil ehtiyaclarını ciddi şəkildə ödəyəcək. Amma tam effektivlik istəyiriksə, faiz dərəcələrini də azaltmalıyıq. Bu barədə Mərkəzi Bank rəhbərliyi təkliflər hazırladığını deyir. Faizlər 8 faizdən 5 %-ə düşərsə, o cümlədən ilkin ödəniş faizi də endirilərsə ciddi şəkildə müsbətə doğru irəliləyiş olacaq".Ekspert onu da vurğuladı ki, ipoteka kreditlərinin əksəriyyəti paytaxt gənclərinə verilir. Regionlarda da gənclərin evlə təminatı üçün ipoteka kreditlərinin ayrılmasına ehtiyac var: "Bir məsələnidə diqqətdə saxlamaq kazındır ki, ipoteka əldə edən gənclərin 80 faizi paytaxt Bakının payına düşür. Bu da paytaxta gənc axınını sürətləndirir. Regionlarda xüsusi güzəştlərin tətbiqi vacibdir".

sia.az

Digər xəbərlər