Sentyabrın 28-30-da Bakıda 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsi keçiriləcək.
Tədbiri Britaniyada fəaliyyət göstərən Oliver Kinross biznes tədqiqat təşkilatı təşkil edəcək. Neft və qaz həftəsində 250-dən artıq nümayəndə və 30-dan artıq yüksək səviyyəli çıxışçı iştirak edəcək. Tədbirin məqsədi neft-qaz korporasiyaları, hökumət rəsmiləri, ekspertlər üçün yeni biznes imkanlardan istifadə etmək üçün şərait yaratmaqdır.
Tədbirin əsas mövzusu Azərbaycan və MDB ölkələrinin inkişafı, imkanları və qarşılaşdığı problemlər olacaq. İştirakçılar neft-qaz sahəsini təmsil edən nüfuzlu şəxslərə əlaqələr yaratmaq, əməkdaşlıq etmək imkanı qazanacaqlar. Tədbir çərçivəsində ən müasir sənaye texnologiyalarının və xidmətlərinin nümayiş olunduğu sərgi də təşkil olunacaq.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...