PDF Oxu

İqtisadiyyat

  • 15

Sosial müavinət və kartların alınması üçün plastik kartların verilməsi prosesi davam edir

Sosial müavinət və kartların alınması üçün plastik kartların verilməsi prosesi davam edir

"Kapital Bank" iyulun 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı bankın 10 paytaxt və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq on minlərlə insan şəxsiyyət vəsiqəsi ilə "Kapital Bank"ın müvafiq filialından öz ödəniş kartlarını alıb və müvafiq vəsaitləri bankın bankomatlarında nağdlaşdırıb. Kartların verilməsini sürətləndirmək məqsədilə bankın müvafiq filiallarında iş qrafiki dəyişib. Filiallar həftə içi 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00–18:00-dək müştərilər üçün açıq olacaq. Gücləndirilmiş iş rejimi iyul ayının sonunadək davam edəcək.Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə may ayında tender elan edilib. Tenderdə Kapital Bank qalib seçilib və bu il iyulun əvvəlindən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılıb.

AZƏRTAC

Digər xəbərlər