PDF Oxu

İqtisadiyyat

  • 6

İranda "Texnologiyaların idarəolunması" mövzusunda 5-ci Beynəlxalq konfrans keçiriləcək

İranda "Texnologiyaların idarəolunması" mövzusunda 5-ci Beynəlxalq konfrans keçiriləcək

Bu il dekabrın 16-17-də İran İslam Respublikasının Kiş adasında "Texnologiyaların idarəolunması" (IRAMOT 2015) mövzusunda 5-ci beynəlxalq konfrans keçiriləcək.İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda strateji texnoloji planlaşdırma, texnologiyaların transferinin idarəolunması və təhsil, strateji texnoloji əməkdaşlıqlar, tədqiqat və inkişafın idarəolunması, innovasiyanın idarəolunması və yeni məhsulun inkişafı, texnologiyaların və biliyin kommersiyalaşdırılması, texnoloji sahibkarlıq, gələcək tədqiqatlar və texnologiyaların qiymətləndirilməsi, texnoloji siyasət, şəbəkələr və təbiət, sahəvi və texnoloji innovasiyalar sistemləri, texnoloji və innovativ idarəetmə üçün təlimlər və s. mövzularda müzakirələr aparılacaq.Konfransda iştirak etmək istəyənlər məqalələrinin tam mətnini ingilis dilində sentyabrın 22-dəkhttp://conference.iramot.ir/en veb səhifəsi vasitəsilə qeydiyyatdan keçərək təqdim etməlidirlər. Seçilən məqalə müəllifləri oktyabrın 30-da məlumatlandırılacaqlar.

AZƏRTAC

Digər xəbərlər