Bakı Elektrik Stansiyasında (ES) iyunda 40,4 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib. Ötən 6 ayda isə burada elektrik enerjisinin istehsalı 255,6 milyon kilovat-saatdan artıq olub."Azərenerji" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu dövrdə stansiyanın digər texniki iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr əldə olunub.Son üç ayda stansiyada müxtəlif təyinatlı təmir işləri aparılıb. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...