PDF Oxu

İqtisadiyyat

  • 16

Türkiyə mediası: “Türk axını” layihəsi ilə bağlı danışıqlar dayandırılıb

Türkiyə mediası: “Türk axını” layihəsi ilə bağlı danışıqlar dayandırılıb

"Türk axını" qaz boru kəməri layihəsi ilə bağlı danışıqlar dayandırılıb.AZƏRTAC "haberturk.com" saytına istinadla xəbər verir ki, "Türk axını" layihəsində irəliləmə olmadığı və danışıqların dayandırıldığı iddia edilir.Ötən günlərdə Rusiya "Türk axını" çərçivəsində ilk xəttin layihəsi ilə bağlı təklifini rəsmi Ankaraya təqdim etmişdi."Türk axını" layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə ediləcəkdi. Layihə üzrə ilk qaz nəqlinin isə 2016-cı ilin dekabrında həyata keçirilməsi planlaşdırılırdı.

AZƏRTAC

Digər xəbərlər