PDF Oxu

İqtisadiyyat

  • 18

Zərdabın 4 kəndində modul tipli sutəmizləyici qurğunun tikintisi başa çatdırılır

Zərdabın 4 kəndində modul tipli sutəmizləyici qurğunun tikintisi başa çatdırılır

Zərdab rayonunda əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülür.Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Zərdabda indi modul tipli 17 sutəmizləyici qurğu işləyir və 194 bulaq vasitəsilə əhaliyə təmiz içməli su verilir.Hazırda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun daha 4 yaşayış məntəqəsində, o cümlədən Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli və Çallı kəndlərində də modul tipli sutəmizləyici qurğu tikilir, ayrı-ayrı məhəllələrdə bulaq inşa olunur. Artıq kəndlərin hamısında sutəmizləyici qurğuların inşası başa çatdırılır. Yaxın vaxtlarda minlərlə sakin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunacaq.

AZƏRTAC

Digər xəbərlər