Cari ilin altı ayında Ağstafa rayonunda heyvandarlıq məhsullarının istehsalı artıb.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 1793 ton, süd istehsalı 8949 ton, yun istehsalı 324 ton, yumurta istehsalı 3512 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən artım göstəriciləri ətdə 3,2 faiz, süddə 2,9 faiz, yunda 3,9 faiz, yumurtada 4,4 faiz təşkil edib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...