PDF Oxu

İqtisadiyyat

  • 13

Şəkidə dörd yeni məktəb binası tikilir

Şəkidə dörd yeni məktəb binası tikilir

Son illər Şəki rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hazırda Şəkinin kəndlərində dörd yeni məktəb binası tikilir. Bundan əlavə, şəhərdəki qarışıq tipli internat məktəbində Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir işləri aparılır.Şəhər təhsil şöbəsinin müdiri Südabə İsmayılova AZƏRTAC-a bildirib ki, Qoxmuq, Baş Göynük və Göybulaq kəndlərində inşa edilən 750, 500 və 180 şagird yerlik yeni məktəb binalarında hazırda son tamamlama işləri görülür. Hər üç məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.Şəhərdəki qarışıq tipli internat məktəbində aparılan əsaslı təmir işləri, həmçinin Qaratorpaq kəndində 130 şagird yerlik yeni məktəb binasının tikintisi isə davam etdirilir. İnternat məktəbində əlavə korpus da inşa olunur. Bu məktəb binalarının cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

AZƏRTAC

Digər xəbərlər