"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən ölkə üzrə elektrik enerjisinin təchizatı istiqamətində aparılan yenidənqurma işləri Aran bölgəsində davam etdirilir.
ASC-dən bildirilib ki, yeddi regional idarə üzrə yaradılmış "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ilə bağlı tədbirlər planı hazırlanıb. "Aran" RETSİ-nin struktur tərkibinə daxil olan İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcabədi, Füzuli, Ağdam, Kürdəmir, Zərdab elektrik şəbəkələri üzrə təmir-bərpa işləri aparılıb.
İdarənin balansında olan elektrik şəbəkələrində son 5 ayda ardıcıl iş yerinə yetirilib. Bu müddətdə Ağdam rayonunda 7, Füzuli rayonunda isə 5 komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq istifadəyə verilib. Ağdam rayonunun Quzanlı qəsəbəsində 609-0011 saylı, Füzuli rayonunun Bəhmənli kəndində 606-0110 saylı KTM-lər quraşdırılıb. Bir çox ərazilərdə isə kabelləşmə işləri yekunlaşıb.
Sabirabad rayonunda ofis binasının tikintisi başa çatdırılıb. Zərdab-Əlvənd hava xəttində 35 kilovoltluq birdövrəli "Nəzərallı" elektrik verilişi hava xəttinin yenidən qurulması işləri də uğurla həyata keçirilib.
Ümumilikdə, "Aran" RETSİ üzrə 92 KTM quraşdırılıb və 60-dan çoxu elektrik şəbəkəsinə qoşulub. İdarə üzrə yeni sayğaclar gətirilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...