PDF Oxu

İqtisadiyyat

  • 7

Ceyhan limanından 1 milyon 196 min 306 ton neft ixrac edilib

Ceyhan limanından 1 milyon 196 min 306 ton neft ixrac edilib

SOCAR 2015-ci ilin iyul ayında Novorossiysk limanından 167 min 711 ton, Supsa limanından 84 min 736 ton, Ceyhan limanından isə 1 milyon 196 min 306 ton xam neft ixrac edib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, ümümilikdə yanvar-iyul ayları ərzində Novorossiysk limanından 845 min 757 ton, Supsa limanından 1 milyon 609 min 636 ton, Ceyhan limanından isə 10 milyon 400 min 254 ton xam neft ixrac edilib. SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

sia.az

Digər xəbərlər