Sabunçu rayonunun Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin və 50 yerlik sosial sığınacağın tikintisi artıq başa çatmaq üzrədir.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzinin inzibati binalarında da tikinti işləri yekunlaşdırılır.Eyni zamanda, Sabunçu qəsəbəsinin Şəhər şosesi 5-ci döngədə yerləşən 8 nömrəli qəzalı binanın yerində inşa edilən 3 mərtəbəli yaşayış binasında tikinti işləri tamamlanır. Bina yaxın vaxtlarda istifadəyə veriləcək.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...