"Bu həftənin ilk 3 günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb. Belə ki, əgər Mərkəz Bank avqustun 3-də dolların kursunu 1.0493 müəyyənləşdirmişdirsə, növbəti günlərdə rəsmi məzənnə 1.0495 və 1.0499 oldu". SİA-nın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov söyləyib.
İqtisadçı diqqətə çatdırıb ki, manatın dollara nisbətən zəifləməsi neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarındakı mövqeyinin sarsılması ilə bağlıdır: "Belə ki, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olub. Dollara nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib. Son 3 gündə dollara nisbətən dəyərini itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1.1524 manat ödəmək lazım idisə, növbəti günlərdə rəsmi məzənnə 1.1482 və 1.405 oldu. Lakin manatın məzənnəsinin azalması neftin dünya bazarındakı qiymətinin dəyişməsi ilə əlaqəli deyil. Təbii ki, neftin dünya bazarındakı qiyməti ölkəmiz üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da, əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...