PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 59 milyon dollar sərmayə qoyublar

Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 59 milyon dollar sərmayə qoyublar

Cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 444 milyon ABŞ dolları həcmində xarici investisiya qoyulub. Bunun 59 milyon dolları və ya 34 faizi Azərbaycan investorlarının payına düşür.Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, Azərbaycan bu göstərici ilə xarici investorlar sırasında birinci yerdədir. Siyahıda ikinci yerdə Türkiyə (27 milyon dollar), üçüncü yerdə isə Rusiya (23 milyon dollar) durur.Məlumatda, həmçinin bildirilir ki, sentyabrın 4-5-də Batumidə investisiya forumu ("Invest in Georgia-2015") keçiriləcək.Azərbaycan şirkətləri AZPROMO-nun xətti ilə bu tədbirə dəvət olunurlar.

AZƏRTAC

Digər xəbərlər