Ağstafalı fermerlər 608 hektar kartof sahəsindən 9 min 800 ton məhsul əldə ediblər.Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kartof sahələri əvvəlki illə müqayisədə 148 hektar artırılıb. Eyni zamanda, ötən ilə nisbətən bu il 5 min 39 ton daha çox məhsul istehsal olunub. Hər hektardan orta hesabla 161,29 sentner məhsul tədarük olunub ki, bu da keçən illə müqayisədə 57,7 sentner çoxdur.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...