İyul ayında muxtar respublika ərazisində suvarmanın səmərəli və mütəşəkkil aparılması məqsədilə 7,65 kilometr kanal, 26,6 kilometr ara arxları və 12 kilometr kollektor lildən təmizlənib, 4,45 kilometr yeni suvarma xətti çəkilib.Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Araz çayında torpaqların yuyulmasının qarşısını almaq üçün 1 kilometr məsafədə sahilbərkitmə işi aparılıb, Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində mövcud kollektor lildən təmizlənib. Hazırda ərazidə su hidrantları və sayğaclar quraşdırılır.Muxtar respublikada subartezian quyularının sayının artırılması yaşayış məntəqələrinin su təminatını xeyli yaxşılaşdırıb. İyul ayında Şərur rayonunun Çəmənli, Ələkli, Qarahəsənli, Maxta, Kəngərli rayonunun Şahtaxtı, eləcə də Sədərək rayonu ərazisində yeni subartezian quyuları qazılıb və mövcud quyularda təmir-bərpa işləri görülüb. Ümumiyyətlə, bəhs olunan dövrdə 84 subartezian quyusu təmir olunub, 20 subartezian quyusunda yeni nasos quraşdırılıb. Həmçinin 6 kəhrizdə təmir işləri davam etdirilib.Bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır. Ötən ay bu istiqamətdə görülən işlər çərçivəsində 7,54 kilometr içməli su xətti, 1,37 kilometr kaptaj təmir olunub, 2,15 kilometr yeni içməli su xətti və 2,7 kilometr yeni kaptaj tikilib.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...