PDF Oxu

İqtisadiyyat

  • 14

İyulda BTC kəməri ilə 2,6 milyon tondan çox Azərbaycan nefti nəql edilib

İyulda BTC kəməri ilə 2,6 milyon tondan çox Azərbaycan nefti nəql edilib

İyulda Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC vasitəsilə 2 milyon 614 min 50 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında BTC ilə 16 milyon 859 min 504 ton neft ötürülüb. Ümumiyyətlə, BTC istifadəyə verilən gündən cari il avqustun 1-ə kimi bu kəmərə 280 milyon 684 min 200 ton neft vurulub.

Ötən ay BTC ilə 378 min 753 ton Qazaxıstan və Türkmənistan nefti də nəql edilib.

sia.az

Digər xəbərlər