Taxıl biçini kampaniyası başa çatdıqdan sonra Zaqatala rayonunun təsərrüfatlarında payızlıq səpini üçün yay şumunun çıxarılmasına və təkrar əkinlərə başlanılıb.Rayon Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək təsərrüfatlarda 1015 hektar sahədə şum aparılıb. Fermerlər, eyni zamanda, 84 hektar sahədə təkrar əkin həyata keçiriblər. Təkrar əkin aparılan sahələr ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 dəfə artıb.Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizdə dən və yaşıl yem istehsalının artırılmasında əsas ehtiyat mənbələrindən biri təkrar əkinlərin tətbiq edilməsidir.
AZƏRTAC
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...