PDF Oxu

İqtisadiyyat

  • 10

Qobustanda Qarabağ əlilləri və şəhid ailələrinə məxsus mənzillərin istilik sistemi təzələnib

Qobustanda Qarabağ əlilləri və şəhid ailələrinə məxsus mənzillərin istilik sistemi təzələnib

Qobustan rayon mərkəzində Qarabağ əlilləri və şəhid ailələrinin yaşadıqları 8 mənzilli yaşayış evində yeni qazanxana quraşdırılıb, istilik sistemi təzələnib. Beləliklə də sakinlərin qış aylarında normal istiliklə təminatı sahəsindəki çətinliklər tamamilə aradan qaldırılıb.AZƏRTAC xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi Qobustanda da Qarabağ əlilləri və şəhid ailələrinə qayğı diqqət mərkəzindədir. Son illər rayonda bu kateqoriyalardan olan insanlar üçün 16 və 8 mənzilli yaşayış evləri tikilərək istifadəyə verilib.Hazırda rayon mərkəzində 2 nəfər Qarabağ əlili və 1 şəhid ailəsi üçün fərdi yaşayış evləri inşa olunur və hər üç evin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

AZƏRTAC

Digər xəbərlər