PDF Oxu

İqtisadiyyat

  • 14

Kürdəmirin iki ən ucqar yaşayış məntəqəsində poçt binaları tikilir

Kürdəmirin iki ən ucqar yaşayış məntəqəsində poçt binaları tikilir

Kürdəmir rayonunun ən ucqar kəndlərindən olan Beyi və Mehdili yaşayış məntəqələrində yeni poçt binaları inşa olunur."Azərpoçt" MMC-nin Kürdəmir poçt filialından AZƏRTAC-a bildirilib ki, Beyi və Mehdili kəndləri rayon mərkəzindən 40-50 kilometr məsafədə yerləşir. Hər iki yaşayış məntəqəsində sakinlərə poçt xidmətinin yüksək səviyyədə təşkili üçün müasir standartlar səviyyəsində bütün lazımi avadanlıqlarla təchiz ediləcək yeni binalar tikilir.Qeyd edək ki, Beyi kəndində yeni poçt binası artıq istifadəyə tam hazır vəziyyətə gətirilib. Mehdili kəndində isə inşaat işləri davam etdirilir. Hər iki poçt binası yaxın aylarda istifadəyə veriləcək.

AZƏRTAC

Digər xəbərlər