"Neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi bank sektoruna təsir edə bilməz". BunuSİA-ya iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında deyib. Onun sözlərinə görə, neftin dünya bazarındakı qiyməti sözsüz ölkə daxilində olan vəsaitlərin azalmasına səbəb ola bilər: "Çünki Azərbaycan neft ölkəsidir. İqtisadiyyatımızın əsasını neft və neft məhsulları təşkil edir. Bank sektoru isə praktiki olaraq qeyri-neft sektorunun bir elementidir. Və bank sektoru qeyri-neft sektoruna aid olduğundan neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi bank sektoruna birbaşa təsir göstərmir. Bu heç də bankların müflis olmasına gətirib çıxarmayacaq".İqtisadçı bildirib ki, bəzi banklara verilən lisenziyanın geri alınmasının neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqəsi yoxdur: "Bu yaxınlarda iki bankın lisenziyasının geri alınması ilə bağlı qərar qəbul edilib. Amma bunun neftin qiymətlərinin aşağı düşməsi ilə heç bir bağlılığı yoxdur. Bu sadəcə həmin bankların məcmu kapitalla bağlı öhdəlikləri yerinə yetirə bilməməsilə bağlı bir problem idi. Bu problemlər həmin iki bankda neftin dünya bazarındakı qiyməti yüksək olan zaman da müşahidə olunurdu. Bu gün hər hansı bir bankın lisenziyasının Mərkəzi Bank tərəfindən geri alınması neftin dünya bazarındakı qiyməti ilə bağlı deyil. Hazırda Azərbaycanda banklarının birləşməsi, ixtisasının dəyişdirilməsi və sayılarının azaldılması prosesi baş verir. Bankların sayının azalması qorxulu bir hal deyil. Bunu riskli bir hal kimi dəyərləndirmək doğru olmaz. Bank sayısının azaldılması bank sektorunda rəqabətin genişlənməsinə, güclənməsinə və təmərküzləşmənin baş verməsinə imkan yaradacaq. Bununla da banklar daha çox və daha keyfiyyətli xidmətlər təklif edə biləcəklər".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...