PDF Oxu

İqtisadiyyat

  • 22

Qubada 221 hektar yeni meyvə bağları salınıb

Qubada 221 hektar yeni meyvə bağları salınıb

Cari ilin ölkəmizdə "Kənd təsərrüfatı ili" elan olunması ilə əlaqədar Qubada bu sahəyə diqqət daha da artırılıb. Bunun nəticəsində aqrar sahənin, xüsusilə meyvəçilik və bağçılığın dinamik inkişafı təmin edilib.AZƏRTAC xəbər verir ki, 2015-ci ildə Qubada 221 hektar yeni meyvə bağları salınıb. Yeni ağacların əkilməsi ilə yanaşı, köhnə bağlarda da bərpa işləri aparılıb. Bununla da rayonda meyvə bağlarının sahəsi artırılaraq 14 min 724 hektara çatdırılıb. Meyvə bağlarının 14 min hektarından məhsul yığılır.

AZƏRTAC

Digər xəbərlər